“SOCAR Türkiyə” şirkətinin baş direktoru Zaur Qəhrəmanov Azərbaycanın Türkiyəyə təbii qazı digər ölkələrə nisbətən xeyli aşağı qiymətə tədarük etdiyini söyləyərək, Ukrayna-Rusiya müharibəsindən sonra yeni bir dünyanın qurulacağını, enerji mərkəzinə çevrilən Türkiyənin yeni dünyada daha böyük enerji mərkəzinə sahib olacağını bildirib. Qəhrəmanov qeyd edib ki, rəqəmsal dəyişiklik layihəsi ilə birlikdə Petkim və Star Neft Emalı Zavodunda məhsuldarlıq 100 milyon dollara qədər artıb.