SOCAR-dan Türkiyəyə zavod
SOCAR-ın baş mühəndisi Rövşən Xəlilov polietilen kompleksinin tikintisi üçün texnologiya seçiminin başa çatdığını bildirib.
SOCAR Türkiyədəki törəmə şirkəti “Petkim Petrokimya Holding” ilə genişmiqyaslı investisiya planı həyata keçirir. Ümumi dəyəri 7 milyard dollar olan Master Plan çərçivəsində yeni müəssisələrin inşası nəzərdə tutulur.
Layihənin ilkin mühəndislik və layihələndirmə işlərinə 2026-cı ilin sentyabrında başlanılıb. Bu mərhələ üçün 70 milyon dollar ayrılıb.


