Ukrayna prezidenti Volodimir Zelenski ölkədə tibbi marixuananın leqallaşdırılması ilə bağlı qanun imzalayıb.

Zelenski bu təşəbbüsü hələ 2019-cu ildəki seçki kampaniyası zamanı dəstəkləyib.

“Biz nəhayət, ehtiyacı olan hər kəs üçün marixuana əsaslı dərmanları vicdanla qanuniləşdirməliyik. Bu, elmi araşdırmalara və Ukrayna istehsalına müvafiq olunacaq” – deyə, Zelenski bildirib.

Marixuananın qanuniləşdirilməsinə jurnalistlər, idmançılar, siyasətçilər, alimlər və həkimlər də daxil olmaqla, məşhur ukraynalılar dəstək verib.

Fəallar bildiriblər ki, tibbi marixuananın qanuniləşdirilməsi post-travmatik stress pozuntusundan (PTSP) əziyyət çəkən insanlara yardım edə bilər.

                                             Foto: Hamam Times

Leave A Reply