Vəkil Zaur Məmmədov özünü yandıraraq, intihar edib.
Hadisə yanvarın 1-də axşam saat 19.00 radələrində baş verib. Vəkil özünü Vəkillər Kollegiyasının binası qarşısında üstünə benzin tökərək, özünü yandırır.
Zaur Məmmədov aldığı yanıq xəsarətlərindən ölüb.
Zaur Məmmədovun 5 ildir ki, vəkil fəaliyyətilə məşğul olduğu bildirilir.
Hadisəylə bağlı detallı məlumat verilmir.