“Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazırdır”.
Bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib. İlham Əliyevlə Qarabağ məsələsini ətraflı müzakirə etdiyini deyən Putin, rəsmi Bakı ilə Yerevan arasında sülh planının inkişafına töhvə vermək istədiklərini bildirib:
“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması gündəmdədir və biz buna hər cür kömək etməyə hazırıq”.
Putin əlavə edib ki, Rusiya sülhməramlıları Qarabağda öz öhdəliklərini vicdanla yerinə yetiriblər.
Foto: google.com