Növbəti Papa kim olacaq?

Dünya mediası Vatikanda 133 kardinalın iştirakıyla keçiriləcək yeni Papa seçkisində 7 namizədin adını önə çıxarır:

1) Matteo Zuppi – Times jurnalının xəbərinə əsasən, ən çox şansı olan namizəd hesab olunur. O, mərhum Papa Fransislə yaxın olub və onun tərəfindəb Bolonya kardinalı təyin olunub.

2) Pietro Parolin – İtalyan mediasına əsasən, Papa Fransisin mirasının ən təbii varisidir. O, 2013-cü ildən Vatikanın dövlət katibi olub.

3) Robert Fransis Prevost – sonuncu Papa olan Fransisin yeni yepiskopların seçilməsi üzrə əsas məsləhət qrupunun rəhbəri vəzifəsini tutub. Seçilsə, ilk Amerikalı Papa olacaq.

4) Luis Antonio Qokim Taqle – Fransisin əsas davamçılarından biri hesab olunan kardinal bu seçkilərdə qalib gəldiyi təqdirdə ilk Asiyalı Papa olacaq.

5) Peter Turkson – Papa Fransisin proqressiv ekoloji və sosial ədalət siyasətinin əsas davamçısı hesab olunur. 76 yaşlı Qanalı kardinal seçkidə qalib gəlsə, ilk Afrikalı Papa olacaq.

6) Pierbattista Pizzaballa – İtalyan kardinal İsrail, Fələstin, İordaniya və Kipri əhatə edən Qüds kilsəsinin patriarxıdır. O, kompromis namizəd hesab olunur.

7) Peter Erdo – Macar kardinal mühafizəkar qanadı təmsil edir . O, proqressiv hesab olunan Papa Fransisdən fərqli olaraq, əvvəlki papalar Paul ll və Benedikt XVI-nın mühafizəkar xəttini müdafiə edir.

Leave A Reply