Günəş parkında 100 qoyun
Almaniyanın “Volkswagen” şirkəti Polşanın Vjeşnya şəhərindəki zavodunun günəş elektrik stansiyasında ot örtüyünə qulluq etmək üçün 100 qoyun işə götürüb. Qoyunlar 27 hektarlıq fotovoltaik parkda otlayır və günəş panellərinin altında bitən otları yeyərək ərazini təbii yolla biçir.
Bu üsulla şirkət otların mexaniki vasitələrlə təmizlənməsinə ehtiyacı azaltmağı hədəfləyir.
Parkda 31 mindən çox günəş paneli quraşdırılıb, onların ümumi gücü 18,3 meqavatdır. Günəşli günlərdə stansiya zavodun elektrik enerjisinə olan tələbatını tam ödəyə bilir. İllik hesablamalara görə, panellər müəssisənin enerji ehtiyacının təxminən 25 faizini qarşılayır.


