“Bu, Azərbaycan çempionatında rəqəbəti, keyfiyyəti artıracaq”
Qurban Qurbanov dünən “Sabah”la oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
O, “Xəzər Lənkəran”ın qayıtmaq ehtimalı barədə suala “ancaq alqışlayıram” deyə cavab verib:
“Lənkəranda oynamaq həmişə fərqlidir. Ora üçün əlavə motivasiya ilə hazırlaşır, sanki avrokubok oyununa çıxırdıq. Futbolçular da bu hisslə olurdu. Belə fikir varsa, alqışlayıram.”
Qurbanov əlavə edib ki, 10-15 il əvvəl “Neftçi” və “Xəzər Lənkəran”la matçlarda çox sayda fanat olurdu:
“İndi sanki azarkeşlər Azərbaycan çempionatından küsüb. Rəqabəti, keyfiyyəti artırmaq lazımdır”.