“Xudayar Yusifzadənin anası bütün Bərdə rayonunu boğaza yığıb”, – bu başlıqla hökümətə yaxın xəbər saytları 44 günlük müharibədə şəhid olan Xudayar Yusifzadənin anasını tənqid edən, bəzənsə təhqirə çatan məqalələr paylaşıblar.

Oxşar məqalələr ard-arda hökümətə yaxın xəbər saytlarında və sosial şəbəkə səhifələrində paylaşılıb. İctimai qınaqdan sonra məqalələr yerli-dibli səhifələrdən silinib.

Xudayar Yusifzadənin anası Radə Yusifzadə məqalələrdəki iddiaları əsassız adlandırıb və prezident İlham Əliyevdən məsələyə müdaxilə etməyə çağırıb.

Rəsmi qurumlar məsələyə münasibət bildirməyib, görməzdən gəliblər, lakin hökumətə yaxın saytların təhqiramiz məqalələr paylaşması ictimaiyyət içərisində müzakirələr yaradıb.

Leave A Reply