Güləşçilərimizdən Avropa çempionatında yeni rekord
Güləş üzrə Avropa çempionatında yunan-Roma güləşçilərin mübarizəsi başa çatıb.
Azərbaycan yığması 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb.
Millimiz bu nəticə ilə medal əyarında birinci yeri tutub. Yunan-Roma güləşçilərimiz ilk dəfə Avropa çempionatında 3 qızıl qazanıb və komandanın tarixində rekord nəticə sayılır.
Qeyd edək ki, Azərbaycanın yığmasının heyətində Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) qızıl, Rəşad Məmmədov (55 kq) və Ülvü Qənizadə (72 kq) gümüş, Beka Kandelaki (130 kq) isə bürünc medala sahib olub.