Yapon alimləri yuxuları qeydə ala bilən cihaz hazırlayıblar.
Kəşfin nəticələri barədə “Vision” elmi jurnalında məlumat verilib.
Yuxu ilə əlaqəli ətraflı sinir fəaliyyətini qeyd etmək üçün “funksional maqnit rezonans görüntüləmə” (fMRI) texnologiyasından istifadə edilib.
Bu innovativ texnologiya yuxuları təsvir etmək üçün süni intellektdən istifadə edir.
Bildirilir ki, alimlər yeni cihazla yuxuların 70%-ə yaxınını qeydə ala biliblər.
Tədqiqatlar Kioto şəhərində yerləşən ATR Hesablama Neyrologiya Laboratoriyasında aparılıb.