Son 1 ildə Rusiya millisinin azı 104 şahmatçısı vətəndaşlığını dəyişib.

                                                                                                       Foto: Hamam Times

 

Bu barədə Beynəlxalq Şahmat Federasiyası (FIDE) məlumat dərc edib.

Vətəndaşlığını dəyişən şahmatçılar arasında Sənan Syugirov (dünya reytinqində 40-cı yer, Macarıstan millisinə keçdi), Aleksey Sarana (41, Serbiya), Vladimir Fedoseyev (45, Sloveniya) kimi adlar var.

Buna səbəb kimi FİDE-nin Rusiya yığmasının yarışlarda iştirakına qadağa qoyması göstərilir.

Qadağanın 2025-ci ilə qədər qüvvədə qalacağı deyilir.

Leave A Reply