Trampın seçilməsi Azərbaycana necə təsir edəcək?

İlham Əliyev yenidən prezident seçilən Donald Trampa təbrik məktubu göndərib.

Maraqlıdır ki, Donald Tramp iki həftə əvvəl Azərbaycan və Ermənistan barədə danışmış və Qarabağı Artsax adlandırmışdı:

“120 min erməni xristian Artsaxda dəhşətli şəkildə təqib edildiyi və zorla köçürüldüyü vaxt Kamala Harris heç nə eləmədi. Mən prezident olanda təqib olunan xristianları qoruyacam, zorakılıq və etnik təmizləməni dayandırmağa çalışacam və biz Ermənistanla Azərbaycan arasında sülhü bərpa edəcəyik”.

İlham Əliyev isə Tramp barədə danışanda bunları demişdi:

“Prezident Trampın prezidentliyi dövründə bizim çox səmərəli əməkdaşlığımız olub. Mənim fikrimcə, prezident Trampın kampaniyası zamanı səsləndirdiyi mühüm tezislərdən biri də odur ki, onun vaxtında heç bir müharibə olmayacaq. Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya, bunların davamı olmadı. Yəqin ki, buna böyük hörmətlə yanaşmağa dəyər”. 

Leave A Reply