
Hələlik rəsmi olaraq elan olunmasa da, ABŞ-da prezident seçkilərinin nəticələri məlum olub.
Respublikaçılar Partiyasının namizədi Donald Tramp ABŞ-ın yeni prezidenti seçilib.
Demokratlar Partiyasının namizədi Kamala Harrisi məğlub edən Donald Tramp ABŞ-ın 47-ci prezidenti oldu.
Trampa artıq Fransa prezidenti, İngiltərə baş naziri, İtaliya baş naziri, Ukrayna prezidenti, İsrail baş naziri və NATO-nun baş katibi təbrik mesajı göndəriblər.