Fransanın ətraf mühit naziri Anyes Panye COP29-a gəlməkdən imtina edib. 

Nazir deyib ki, bu qərarına Azərbaycan prezidentinin “qəbuledilməz” hücumları səbəb olub:

“İlham Əliyev biabırçı şəxsi gündəmi üçün iqlim dəyişikliyi ilə mübarizədən istifadə edir”.

İlham Əliyev noyabrın 13-də COP29-dakı çıxışında Fransanı dənizaşırı ərazilərdə cinayətlər və insan haqları pozuntularında ittiham edib.

Nazirin dediyinə görə, Fransa prezidenti və baş naziri onun Bakıdakı konfransa getməməsini dəstəkləyir:

“Prezident Emmanel Makron da COP29-a gəlməyəcək”.

Leave A Reply