Dünyanın ən güclü şahmatçısı Maqnus Karlsen çempionatdan qovulub.
Buna səbəb onun Nyu-Yorkda keçirilən rapid şahmat və blits üzrə dünya çempionatında geyim qaydalarını pozması olub.
![](https://hamamtimes.tv/wp-content/uploads/2024/12/Screenshot-2024-12-28-at-21.11.15-1024x1017.png)
Karlsen turnirə cins şalvarla qatılıb. Baş hakim qrosmeysterə qayda pozuntusu haqda məlumat verərək 200 dollar cərimə təyin edib və ondan paltarını dəyişməsini istəyib. Karlsen isə bundan imtina edib. Nəticədə o, dünya çempioatından kənarlaşdırılıb.
Karlsen FİDE-nin bu qərarı haqda danışıb:
“Mən FİDE-dən çox yorulmuşam. Yetər. Artıq onlarla işimin olmağını istəmirəm. Tamaşaçılardan üzr istəyirəm. Bu, axmaq prinsip kimi görünə bilər, amma mən bunun gülməli olduğunu düşünmürəm”.