“Kanal 11” İnternet Televiziyasının rəhbəri Teymur Kərimovun cinayət işi üzrə məhkəmə prosesi dekabrın 28-də başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Azad Məcidovun sədrliyi ilə Teymur Kərimovu 8 il həbsə məhkum edib. Əlavə cəza kimi, ona 2 il də jurnalist fəaliyyətilə məşğul olmaq qadağan edilib.

Budan əvvəlki prosesdə dövlət ittihamçısı T.Kərimovun 9 il azadlıqdan mərhum edilməsini istəmişdi.

Kərimov ittihamın yalan olduğunu, özünü təqsirli bilmədiyini bildirib. Onun vəkilləri hökmdən apellyasiya şikayəti verəcəklərini deyiblər.

Leave A Reply