Yeni müharibə olacaq?
İlham Əliyev deyib ki, Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır:
”Nə qədər tez bunu başa düşsələr, o qədər yaxşıdır. Onlar gərək bizi əsəbiləşdirməsinlər və başa düşsünlər ki, burada söz sahibi bizik”.
Bir il yarım əvvəl isə İlham Əliyev Zəngəzur dəhlizi barədə başqa fikirlər səsləndirmişdi:
”Zəngəzura qayıdacağıq, amma sülh yolu ilə. Biz oraya tanklarla yox, minik maşınları ilə qayıdacağıq”.
Həmin dövrdə prezidentin köməkçisi Hikmət Hacıyev demişdi ki, Zəngəzur dəhlizi artıq rəsmi Bakı üçün maraqlı deyil.
Ekspertlər deyir ki, Zəngəzur dəhlizi Donald Trampın Ağ Evə qayıtması səbəbilə yada düşüb. İddialara görə, İlham Əliyevin İsrailin baş naziri Netanyahu ilə, Netanyahunun isə Tramp ilə yaxın münasibəti səbəbilə dəhliz məsələsi İlham Əliyev üçün yenidən mümkün görünür.
Sizcə, Zəngəzur dəhlizi məsələsi necə yekunlaşacaq?