Türkiyənin Xarici İşləri naziri Hakan Fidan Azərbaycan-Ermənistan arasındakı danışıqlar barədə fikir bildirib
Fidan deyib ki, Cənubi Qafqaz Türkiyə üçün Mərkəzi Asiyaya açılan qapıdır.
Jurnalistlər qarşısında çıxış edən Hakan Fidan belə danışıb:
“Bölgəmizdə uzunmüddətli sülh, sabitlik və rifah üçün tarixi bir fürsət pəncərəsi açılıb. Əminəm ki, Ermənistan da bu prosesi uzunmüddətli strateji baxışla dəyərləndirəcək.
Baş nazir Nikol Paşinyanın bu istiqamətdə verdiyi müsbət bəyanatları vacib hesab edirik. Onun sülhpərvər mövqe ifadə etməsi bu prosesə müsbət töhfə verir.
Ankara tərəflər arasında vasitəçilərsiz birbaşa danışıqları dəstəkləməyə davam edir. Sülhün təmin edilməsi bölgəmizin inkişafında analoqu olmayan yeni imkanlar yaradacaq”.