Deputatlar xalqı maarifləndirməyə davam edir.
Ölkənin ən iti zəka sahiblərindən olan iki millət vəkili, boşanmaların sarsıdıcı həqiqətlərindən danışıblar.
Deputat Razi Nurullayev cəmiyyətimizi şoka salan həqiqəti açıqlayıb:
“Bu gün boşanmaların artmasının səbəbi daha çox qadınların sərbəst qalmaq və aliment almaq imkanlarının olmasıdır”.
Deputat Zahid Oruc isə boşanmalarla bağlı Aliment Fondunun yaradılmasının təhlükəli ola biləcəyini bildirib:
“Aliment Fondunun yaradılması saxta boşanmaları artıra bilər”.
