Turizm Agentliyində nə baş verir?

Dünən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə şiddətli töhmət verilib. Bu barədə İlham Əliyev sərəncam imzalayıb.

Bundan sonra hökumətyönlü mediada Fuad Nağıyev əleyhinə xəbərlər yayılmağa başlayıb. Turizm Agentliyinin rəhbəri Şəffaflıq Azərbaycan (“Transparency International / Azərbaycan”) təşkilatında işləmiş şəxsləri işə aldığına görə tənqid edilib.

“Şəffaflıq Azərbaycan” təşkilatının rəhbəri Fuad Nağıyevin qaynanası Rəna Səfərəliyeva olub. Bu gün bu təşkilatın bağlandığı elan olunub.

Bundan əlavə, Fuad Nağıyev və qurumda işləyən bir neçə şəxs istintaqa cəlb olunub, Agentlikdə aparat rəhbəri kimi çalışan Kənan Qasımov işdən uzaqlaşdırılıb. 2009-2014-cü illərdə “Şəffaflıq Azərbaycan” təşkilatında işləyən Kənan Qasımov ora məlumat sızdırmaqda ittiham olunur.

Leave A Reply