Siyasətçi Tofiq Yaqublu 17 gündür aclıq aksiyası edir.
O, qanunsuz həbsinə etiraz edir. Deyir ki, həbsini prezident İlham Əliyev sifariş edib:
“Məni dələduzluqda ittiham etmək tərbiyəsizlik, ləyaqətsizlik və şərəfsizlikdir.
Mən 75 yaşında həbsxanadən çıxmaqdansa, ölümü seçirəm.
Aclıq aksiyası etməkdə tələbim mənə qarşı açılmış saxta ittihama xitam verilməsi və azadlığımın təmin edilməsidir. Tələbim yerinə yetirilməyədək aclıq aksiyasını dayandırmayacam!”
