👔 Fazil Mustafa 6-cı sırada oturduğuna görə narazılıq edir.

Deputat deyir ki, bir neçə gün öncə bir tədbirə dəvət olunub. Təşkilatçıdan yerini soruşanda isə 6-cı sırada otura biləcəyi cavabını alıb.

🪑 Bu da Fazil Mustafanın xətrinə dəyib. O deyir ki, mənim üçün xüsusi bir yer təyin olunmalı idi:

“Bir neçə dəfə məclislərdə olur ki, tanımadıqda aparıb qıraq yerdə əyləşdirirlər, sakitcə keçib oturub yeməyə və yaxud proqramla tanışlığa, nəyisə qeyd etməyə başlayan kimi bir neçə nəfər təlaşla yaxınlaşır ki, bəs ön cərgədə və ya ön masada yer boşaldı, xahiş edirik o boş yerə keçin.

Gülümsəyərək deyirəm ki, mən bu dünyaya boş yer doldurmaq üçün gəlməmişəm, oturduğum yer ən axırıncı cərgədə də olsa, mənim dəyər qazandıracağım yerdir”.

Fazil Mustafanı tədbirə dəvət etsəniz, neçənci sırada oturdardınız?

Leave A Reply