🎯 Son günlər ölkə mediasında kazinolar barədə “maarifləndirici” və təəccüblü dərəcədə pozitiv xəbərlər yayılmağa başlayıb.

Televiziyalarda kazinoların dövlət büdcəsinə gətirə biləcəyi xeyirdən, iqtisadi canlanmadan danışılır.
🤔 Sosial şəbəkə istifadəçiləri isə bu qəfil yaranan kazino sevgisinin təsadüf olmadığını düşünür.
Daha əvvəl prezident İlham Əliyevin keçmiş kürəkəni Emin Ağalarovun Nardaranda kazino açmaq barədə xəbərlər yayılmışdı.
🎰 Görünür, Ağalarov yaxşı pullar qazanacaq, xalq isə bəxtini bir daha sınamalı olacaq.