Azərbaycan hökuməti Türkiyədə məhəllə tikib
Zəlzələdə zərər görən Kahramanmaraş şəhərində tikilən məhəllənin birinci hissəsi artıq tamamlanıb, ikinci hissəsi isə il sonuna təhvil veriləcək.
Bu barədə Türkiyədə Ətraf Mühit və Şəhərsalma naziri Murat Kurum məlumat verib.
Nazir tikilən məhəllənin şəhərsalma baxımından nümunə olduğunu bildirib.
Maraqlıdır, Qarabağda tikilən məhəllələr niyə “şəhərsalma baxımından nümunə” olmur? Hökumət belə işlər bacarırsa, Azərbaycanda niyə eləmir?
