“Bakıda ölən qızı mətbəxdə əməliyyat ediblər”

Səbirə Vəliyeva keçən il 16 apreldə plastik əməliyyatdan sonra həyatını itirib. Vəliyevanı əməliyyat edən plastik cərrah Ülviyyə İlyasova onun eltisi olub.

Səhiyyə naziri Teymur Musayev deyib ki, o, həkim olmayıb:

“Sara Qəhrəmanovanın qızının əməliyyatdan sonra ölməsi barədə araşdırma apardıq. Ölən qız mətbəxdə əməliyyat olunub. Bütün qohumları da bilirdi ki, o insan tibb ixtisası daşıyıcısı deyil”.

Daha əvvəl Milli Məclisin deputatı Səyyad Aran plastik əməliyyatlardan danışıb:

“Səhiyyə nazirinə müraciət edirəm, plastik cərrahiyə əməliyyatına dair xüsusi mərkəz yaradılsın. Vətəndaş da bilsin ki, hara gedir. 9-cu sinifi bitirmiş şəxsə plastik cərrahiyyə ilə məşğul olmağa kim imkan verib?”

Leave A Reply