Azadlıq meydanında mitinq olacaq?

Bakıda 2016-cı ildən bağlanan Azadlıq meydanı açılıb.

Milli Şuranın sədri Cəmil Həsənli deyib ki, meydan mitinq keçirmək üçün tam hazırdır:

“Meydan açılıb. İndi mitinq keçirmək üçün tam hazırdır. Hakimiyyət bu meydanı Azərbaycan xalqının üzünə bağlamaq üçün Formula dəm-dəsgahını 10 ildən çoxdur orada saxlayırdı. İndi COP29-a gələn xaricilərin üzünə açırlar. Bütün qadağalar Azərbaycan xalqı üçündür”.

Deputat Siyavuş Novruzov bu fikrə cavab verib: 

“Bu gün Azərbaycanda sərbəst toplaşmaq üçün tam normal şərait yaradılıb. Getsinlər, həmin ərazilərdə toplaşsınlar, görək neçə nəfər toplaya bilirlər? Adətən imkanlı adamın yas yerinə bunların mitinqə topladıqlarından 3 dəfə çox adam gəlir”.

Leave A Reply