Məşhur eko-aktivist Qreta Tunberq Azərbaycan barədə danışıb.

Tiflisdəki etirazlara dəstək vermək üçün Gürcüstana gələn Qreta Tunberq jurnalistlərin COP29-la bağlı sualını cavablandırıb:

“Azərbaycana, COP-a getməyəcəm. Bu, BMT-nin ekstremal ikiüzlülüyüdür ki, avtoritar neft ölkəsinin və rejiminin COP-a ev sahibliyi etməsinə icazə verirlər.





Qreta Tunberq: “Azərbaycana, COP-a getməyəcəm”

Həm Azərbaycanda rejimin təzyiq etdiyi insanlara görə, həm Azərbaycan rejiminin etnik təmizləməyə məruz qoyduğu ermənilərə görə, həm də elə iqlimə görə, fosil yanacaqlardan bu qədər asılı olan və fosil yanacaq istehsalını genişləndirməyi planlaşdıran bir ölkənin COP-a ev sahibliyi etməsi fövqəladə iqlim vəziyyətindən əziyyət çəkənlərin, həm də Azərbaycan rejimi tərəfindən təzyiqə və repressiyaya məruz qalan insanların sifətinə vurulmuş sillədir.

Buna görə də COP-a getməyəcəm. Həm də ki, quru sərhədləri bağlıdır, yəni lap istəsəm də gedə bilməyəcəm. Bu, dəhşətli vəziyyətdir, bir çox azərbaycanlı bu vəziyyəti həbsxanada saxlanılmaq kimi təsvir edir”.

Leave A Reply