Kitab sərgisinə nağaraçalan, şəkərbura və xanəndə aparıblar…

Azərbaycan İstanbul Beynəlxalq Kitab Sərgisində fəxri qonaq qismində iştirak edir.

Mədəniyyət nazirliyinin sərgiylə bağlı açıqlamasını təqdim edirik:

“Sərgi məkanında nağaraçalan uşaqlar qrupunun ifasında kompozisiya təqdim olunub. Yeniyetmə xanəndənin ifasında “Bayatı-Şiraz” muğamı səsləndirilib.

Əməkdar artist Nuriyyə Hüseynova “Yaşa, Azərbaycan” mahnısını ifa edib. Xalq artisti, xanəndə Mənsum İbrahimov bəstəkar və xalq mahnılarını ifa edib.

Foto: Kitab sərgisindən görüntülər

Konsertdən sonra Azərbaycan stendində ziyarətçilər üçün milli şirniyyatlar təqdim olunub”.

Sizcə, kitab sərgisinə başqa nə aparmalı idilər?

Leave A Reply