Putin atəşkəsdən imtina edir

Rusiya prezidenti Vladimir Putin Krım körpüsü son bir həftədə üç dəfə vurulandan sonra Ukrayna ilə bəzi sahələrdə atəşkəs barədə danışıqlardan imtina etdiyini deyib. Rusiyanın dövlət agentliyi TASS-ın məlumatına görə, Putin bunu noyabrın 19-da Şençjendə ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpinlə üçtərəfli görüşdən sonra jurnalistlərə deyib.

Putinin sözlərinə görə, o, Rusiya Təhlükəsizlik Şurasında Ukrayna ilə bir sıra sahələrdə mümkün atəşkəsi müzakirə edib, lakin körpüyə zərbələrdən sonra bu fikirdən daşınıb. Putin Rusiyanın cavabının “daha ağrılı” olacağını və körpünün bərpa ediləcəyini deyib. “Meduza”nın yazdığına görə, hücumlardan birində körpünün tağı zədələnib və avtomobil hərəkəti dayandırılıb.

Putin eyni zamanda Trampın Ukraynadakı müharibəyə son qoymağa səmimi şəkildə can atdığına əmin olduğunu bildirib. Ukraynanın müttəfiqləri isə Şençjen görüşündən sonra noyabrın 19-da Berlində toplaşır. Üç liderin görüşdən sonra yaydığı birgə bəyannamədə Rusiya-Ukrayna müharibəsi xatırlanmır.

Leave A Reply