2024-cü il Azərbaycanda səs-küylü keçdi.

Növbədənkənar iki seçki – prezident və parlament seçkiləri keçirildi.

Tənqidçi mediaya təzyiqlər daha da artdı, çoxsaylı siyasi həbslər baş verdi.

Bakı sel fəlakətinə şahid oldu. Eyni zamanda, ölkə COP29-a ev sahibliyi etdi.

Bu il Azərbaycanın siyasi tarixində necə xatırlanacaq?

Cəmil Həsənli və Zibeydə Sadıqova ilə ilin siyasi mənzərəsinə nəzər salırıq.

Cəmil Həsənli bildirib ki, 2024-cü il Azərbaycan saxta seçkilər ili kimi və jurnalistlərin kütləvi həbsi ilə yadda qalacaq. Onun fikrincə bu il ölkə tarixində milli, mənəvi, hüquqi dəyərlərə görə geriləmə ili kimi yadda qalacaq.

Cəmil Həsənli hesab edir ki, bu il Azərbaycan cəmiyyətinin həyatında onu irəliyə aparan ciddi bir hadisə baş verməyib. O bildirib ki, dindarların kütləvi surətdə həbsi göstərir ki, hakimiyyət idarə olunan din yaratmaq istəyir. Hətta Allahn funksiyasına belə müdaxilə etmək fikrinə düşmüşdülər.

“Digər tərəfdən, Bəhruz Səmədov, araşdırmalar aparırdı, doktorantura təhsili alırdı. Cəmil Həsənli deyib ki, müharibənin əleyhinə olmaq o həbs edilmək üçün səbəb olmamalıdır. Müharibə əleyhinə təbliğat aparmaq Azərbaycan konstitusiyası ilə müəyyən edilir. Buna əsasən də, Azərbaycan vətəndaşlarının müharibə əleyhinə təbliğat aparmaq hüququ var”.

Cəmil Həsənli deyir ki, COP29 uğursuzluğa düçar olub. COP29-un missiyalarından biri maliyyə problemini həll etmək idi. Beynəlxalq iqlim problemlərini həll etmək üçün COP29 ərəfəsində olan müzakirələrdə 1 trilyon 300 milyard dollar həcmində bir vəsaitin toplanacağından söhbət gedirdi. Qəribəlik onda oldu ki, pul verənlər COP29-a gəlmədilər, pul alanlar gəldilər. Dünyanın aparıcı, zəngin dövlətləri, Birləşmiş Ştatlar olsun, Almaniya olsun, Fransa, Yaponiya olsun, Avropa Birliyi olsun, gəlmədilər.

“Nəticədə bu İlham Əliyevi çox əsəbləşdirdi. Onun açılış nitqində Avropa Birliyini siyasi korrupsiyada ittiham etməsi o proseslə bağlı idi. Eyni zamanda, İlham Əliyevin COP29-dan öz siyasi maraqları üçün istifadə etməyə cəhd göstərdiyinə görə, COP-un təsisçilər, Birləşmiş Millətlərin keçmiş baş katibi və bir neçə başqa COP təssiçisi bəyanat yaydılar ki, bundan sonra COP avtoritar ölkələrdə, neft və qaz istismarı ilə məşğul olan ölkələrdə keçirilməsin. Buna görə də son gün hakimiyyət mediası məlumat yaydı ki, COP uğursuzluğa düçar oldu. Bir gün sonra isə İlham Əliyev paylaşım etdi ki, hərçənd 1 trilyon 300 milyard vəsaitin toplanmasına ümid bəslənə Bakı Forumunda çox böyük çətinliklə 300 milyard vəsait toplanıb.

2024-cü ildə sülh prosesində deməzdim ki, irəliləyiş oldu. Əslində bu il sülh sazişi imzalamaq üçün əlverişli şərit yaranmışdı. Bu sülh imzalanmalıdır. Bunun önündə başlıca maneə Rusiyadır. Azərbaycan rəhbərliyi Rusiyanın iradəsindən kənar, Rusiyanın istəmədiyi sülhü imzalamağa hazır deyil. Azərbaycan 2024-cü ildə Vaşinqton prosesindən uzaqlaşıb, Praqa prosesindən uzaqlaşıb, bu da bütövlükdə o prosesi Rusiyanın nəzarətinə vermək mənasına gəlir”.

Dünyada ciddi bir dəyişiklik olmasa, Azərbaycan hakimiyyəti Rusiyanın iradəsindən kənar sülhü imzalama hələ ki hazır deyil. Danışıqların gedişində meydana gələn müxtəlif məsələlərlə bağlı sülh prosesinin uzadılmasında maraqlıdır.

Zibeydə Sadıqova vurğulayıb ki, 2024-cü il Azərbaycan jurnalist həbsləriylə yadda qalacaq.

Vəkil Zibeydə Sadıqova vurğulayıb ki, 2024-cü il  Azərbaycan jurnalist həbsləriylə yadda qalacaq. O deyir ki, istər sülh tərəfdarlarının həbsi, istər jurnalistlərin, istər hüquq müdafiəçilərinin həbs edilməsi fəallığa pis təsir edir, həmin sahəyə gələcək insanların fikirlərini dəyişir. Əslində bu həbslərin, təzyiqlərin məqsədi həmin o fəallığın qarşısını almağa yönəlib. 

Sadıqova deyir ki, insan haqlarının vəziyyəti baxımından indiyə qədər builki kimi pis il görməyib. Bu il əsasən jurnalistlərin həbsləriylə yadımızda qaldı. Abzas Medianın jurnalitləri həbs olundu, Toplum Tv-nin jurnalistləri həbs olundu, Meclis İnfo, Meydan Tv, həmçinin hüquq müdafiəçisi Anar Məmmədlinin həbsi 2024-cü ili yaddaqalan il etdi. Heç vaxt bu qədər jurnalist həbs olunmamışdı. Mediaya qarşı münasibət heç vaxt belə olmamışdı. Jurnalistlər əvvəllər də həbs olunurdu, amma tək-tək olurdu. Bu dəfə isə həbslər kütləvidir və müstəqil media jurnalistləri həbs edilir.

Zibeyda Sadıqovanın sözlərinə görə, bu proses sadəcə həbs edilənlərlə yekunlaşmayıb, eyni zamanda onlarla insan ölkəni tərk etməmək kimi müxtəlif qadağalarla üzləşib. O deyir ki, bunula il ərzində jurnalistlərə təzyiq edilib. Vəkil əlavə edir ki, jurnalistlərlə birlikdə Rüfət Səfərov və Azər Qasımlı kimi hüquq müdafiəçiləri də həbs edilib.

Leave A Reply