“Sevinc Vaqifqızı Azərbaycanda yüksək səviyyədə korrupsiyanı ifşa etdiyinə görə bu ada layiq görülüb”

Dekabrın 9-da ABŞ dövlət katibi Antoni Blinken Sevinc Vaqifqızını Antikorrupsiya Çempionu elan edib.

“Azərbaycanlı jurnalist Sevinc Vaqifqızı hökumətin yol verdiyi sui-istifadə hallarının ifşasına 10 ildən çox sərf edib. O bu gün bizimlə olmasa da, bu ada layiq görülənlər sırasındadır”, – dövlət katibi çıxışında deyib.

“Sevinc 2023-cü ilin noyabrında, Azərbaycanda müstəqil mediaya divan tutulduğu bir vaxtda başqa bir ölkədən evinə qayıdırdı. O, həbs olunma ehtimalını gözə alaraq qayıtdı. Və həbs olundu. İndi bir ildən çoxdur ki, həbsdədir”, – Blinken vurğulayıb. 

Leave A Reply