İsrail Suriya ərazisini işğal edib.

İsrail ordusu Qolan təpələri ilə Suriya arasında razılaşdırılmış bufer zonanı tutaraq, Suriya ərazisinə daxil olub.

İsrail 1967-ci ildə Suriyanın qərbində yerləşən Qolan təpələrini işğal edib. 1974-cü ildə imzalanan sazişə əsasən, Qolan təpələri ilə Suriyanın digər bölgələri arasında bufer zona müəyyən edilib.

Əsəd rejiminin süqutunun ardınca İsrail ordusu sözügedən bufer zonanı ələ keçirib, daha sonra isə Suriya ərazisinə daxil olub.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib ki, İsrailin sərhədlərini qorumaq üçün atdığı bu addımlar müvəqqətidir.

İsrailin Baş naziri Benjamin Netanyahu isə əksini deyib: “Qolan təpələri əbədi olaraq İsrailin hakimiyyəti altında qalacaq”.

Türkiyə XİN İsrailin Suriyada irəliləməsini pisləyib: “Biz İsrailin 1974-cü ildə əldə edilən sazişi pozmasını, eləcə də İsrail qoşunlarının bufer zonaya daxil olmasını və Suriya ərazisində irəliləməsini qətiyyətlə pisləyirik”.

Leave A Reply