36 yaşlı Ruben Rubinyan Ermənistan Parlamentinin yeni sədri seçilib.

1990-cı ildə Yerevanda doğulan Rubinyan Yerevan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib.

Daha sonra London Universitet Kollecində (University College London) siyasət və təhlükəsizlik üzrə magistr təhsili alıb.

O, 2018-ci ildə Ermənistanın xarici işlər nazirinin müavini olub. 2019-cu ildə deputat seçilib və Parlamentdə “Xarici Əlaqələr Daimi Komitəsi”nin sədri vəzifəsini tutub.

Leave A Reply