3D çap üsulu ilə insanın öz hüceyrələrindən istehsal edilən qulaq anadangəlmə kiçik qulaq ilə doğulan meksikalı xəstəyə köçürülüb. Aleksa adlı, əslən meksikalı 20 yaşlı xəstə dünyada öz hüceyrələrindən hazırlanan, 3D üsulu ilə çap olunmuş qulağa sahib olan ilk insan oldu.

 

 

 

 

 

 

 

“Daily Mail” saytında yer alan xəbərə görə, mütəxəssislər anadangəlmə nadir qüsuru (mikrotiya) ilə doğulan və qulağının xarici hissəsi kiçik və formasız olan gənc qadına edilən transplantasiyanın bir ümid olacağını bildiriblər. Bu üsul mikrotiyalı insanlar üçün tibb sahəsində inqilab deməkdir.

Qulaqlardan birinin və ya hər ikisinin tam formalaşmadığı nadir anadangəlmə qüsur də eşitməyə təsir edə bilər.

 

 

10 DƏQİQƏDƏN AZ VAXTA HAZIRLANIB

San Antonioda qulaq-burun rekonstruktiv cərrahı həkim Arturo Bonilla, Aleksanın qulağından yarım qram qığırdaq çıxarararıb və yoxlanışa göndərib. Qadının qulağından alınan hüceyrələr yeni qulağı yaratmaq üçün xüsusi 3D bioprinterə şprislə daxil edilib və sonra kollagen əsaslı bio-mürəkkəblə qarışdırılıb. 10 dəqiqədən az bir vaxtda çapdan sonra implant (AuriNovo) adlı qulaq əldə edilib.

 

Klinik sınaqda 11 xəstənin iştirak edəcəyi gözlənilir. Tədqiqat  Kaliforniya və Teksasda aparılır.

Həkim “AuriNovo implantı rekonstruksiya üçün qabırğa qığırdaqından istifadə etməklə müqayisədə daha az icərrahi əməliyyat tələb edir” deyə bildirib.

Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzinin verdiyi məlumata görə, təxminən hər 2000-10.000 arası körpədən 1-də mikrotiya müşahidə edilir. Risk faktorlarına diabetli və daha az karbohidrat və fol turşusu istifadə edən analar səbəb olur. Mikrotia oğlanlarda qızlara nisbətən daha çox rast gəlinir.

GƏLƏCƏKDƏ MÜXTƏLİF XƏSTƏLİKLƏRİN MÜALİCƏSİNDƏ DƏ İSTİFADƏ EDİLƏ BİLƏR

Alimlər ümid edirlər ki, 3D çaplı implantlar qığırdaqla əlaqəli digər əməliyyatlarda, məsələn, burun qüsurları və ya zədələri, döş rekonstruksiyası, dizdəki zədələnmiş menisküs və ya çiyinlərdə yırtıqlar zamanı da istifadə edilə bilər.

 

Leave A Reply