Ramzan Kadırov deyir ki, 4 qadının əri olmaq əsl xoşbəxtlikdir.

Kadırov keçirdiyi görüşlərin birisində çoxarvadlılıqla bağlı suala cavab verib.

“İki arvad sənin əsl kişi olduğunun tərifidir. Üç yaxşıdır. Dördü xoşbəxtlikdir. Peyğəmbərimiz belə buyurmuşdur”,- deyə o, suala cavab verib.

Çeçenistan rəhbəri deyib ki, o, “bu həyatı və gözəl qadınları” sevir, lakin “dərin dindar” olaraq qalır.

Bir neçə il əvvəl Kadırov xəyanətə qarşılıq olaraq Şimali Qafqazda – Çeçenistan, Dağıstan və İnquşetiyada çoxarvadlılığa icazə verməyi təklif etmişdi.

Leave A Reply