Azərbaycanda kino kimi hadisə!
Qəsdən adam öldürmə ittihamıyla 11 il azadlıqdan məhrum edilən, 2020-ci ilin fevralından həbsdə olan 50 yaşlı Polad İsmayılov 4 il sonra bəraət alıb. Şəki Apellyasiya Məhkəməsi belə nəticəyə gəlib ki, bu adam təqsirsizdir, törətmədiyi cinayəti işgəncə nəticəsində boynuna götürüb.
Polad İsmayılov belə deyib: “Cinayətkarı tapa bilmirdilər, atdılar mənim üstümə. Allah göydən baxır! Allah haqqı bərpa etdi!”
Xatırladaq ki, bu şəxsi aparıb, qətl baş verən evdə etiraf videosu da çəkib telekanallara yaymışdılar.