Almaniyada yeni “işıqfor” hökuməti quruldu
Almaniyada Sosial Demokratlar, Yaşıllar və Azad Demokrat partiyaları yeni koalisiya hökumətini elan etdilər.
Yeni kansler (baş nazir) Sosial Demokrat Partiyasının (SPD) namizədi Olaf Şolts olacaq.
SPD, Yaşıllar və Azad Demokratik partiyaları arasındakı razılaşma, onları ilk dəfə üçtərəfli koalisiyada iqtidar edəcək. Media sözügedəb alyansda partiyaların ənənəvi rənglərinə istinad edərək yeni iqtidarı “işıqfor” koalisiyası kimi təsvir edib.
Yeni koalisiya hökuməti bir sıra məsələylə bağlı razılığa gəlib:
– mənzil böhranı ilə mübarizə aparmaq üçün ildə 400 000 yeni mənzil tikiləcək
– Almaniyanın 2030-cu ilə qədər kömürdən tamamilə imtina edəcək;
– 2030-cu ilə qədər Almaniya yollarında ən az 15 milyon elektrikli avtomobil olacaq;
– miqrantlar Almaniyada beş il qaldıqdan sonra vətəndaşlıq üçün müraciət edə biləcək və ikili vətəndaşlıq ala biləcəklər;
– minimum əmək haqqı 12 avroya qədər artırılacaq;
– marixuananın tənzimlənən satışı qanuniləşdiriləcək;
– səsvermə yaşını 16-ya endiriləcək;
– ixtisaslı işçiləri ölkəyə cəlb etmək üçün bal əsaslı immiqrasiya sistemi yaradılacaq

Leave A Reply