“İlham Əliyevlə dəmir yolunun inşası ilə bağlı razılaşmanı təsdiq etdik”
Nikol Paşinyan bu gün Ermənistan hökumətinin iclasında çıxış edərkən belə deyib:
“Burada söhbət Ermənistan, Naxçıvan və Azərbaycan arasında Arazdəyən-Culfa-Mehri-Horadiz xəttində dəmir yolunun işinin bərpasından gedir”.
Paşinyanın sözlərinə görə, Ermənistan dəmir yolu ilə Rusiya və İrana, Azərbaycan isə Naxçıvana çıxış əldə edəcək. O bildirib ki, Türkiyə ilə sərhəd və kommunikasiyaların açılması ilə bağlı razılıq əldə olunarsa, Gümrü-Qars dəmir yolu da işə başlaya bilər.

Leave A Reply