Ermənistan 2023-cü il büdcəsindən Qarabağdakı ermənilər üçün 360 milyon dollar maliyyə ayırır.
Bu barədə Ermənistanın maliyyə naziri Tiqran Xaçatryan məlumat verib.
“Bu ilin əvvəlinə maliyyələşmə 144 milyard dram olub, yəni gələn il də maliyyələşmədə heç bir dəyişiklik olmayacaq. Hökumətin əvvəlki iclasında biz 144 milyard dramı daha 20 milyard dram artırmaq qərarına gəldik. Bu o deməkdir ki, gələn il Ermənistan hökumətinin dəstəyini tələb edən məsələlər yaranarsa, onlar müzakirə olunacaq və müvafiq həll yolları tapılacaq”, – deyə Tiqran Xaçatryan parlamentdə dövlət büdcəsi layihəsinin müzakirəsində qeyd edib.