“Mən artıq Yerevandayam, bütün artsaxlılar kimi, evsiz və qəlbi qırıq, amma özüm sınmamışam”
Qarabağ separatçılarının keçmiş ombudsmanı olmuş Artak Beqlaryan Facebook hesabında belə yazıb.
O bildirib ki, “ilk öncə Yerablura qəhramanlarımızın məzarını ziyarət etməyə gəldim, sonra Artsax üçün ümummilli dua üçün müqəddəs Üçmüəzzin kilsəsinə, daha sonra Artsax qaçqınlarının qəbulu məntəqəsinə yollanacağam ki xalqımın əzabını yüngülləşdirməyə öz töhfəmi verə bilim”
Beqlaryan bilidirib ki, keçmişə və gələcəyə dair fikirlərini və yanaşmalarını yaxın gələcəkdə uyğun formatda təqdim edəcək.