Gürcüstan parlamentinin ilk müsəlman qadın millət vəkili Pəri xanım Sofiyevanın Tbilisidə adına küçə verilib.
Bu barədə təşəbbüs göstərən gürcüstanlı ictimai fəal Samirə Bayramova məlumat verib:
“Göndərdiyim ərizəyə müsbət cavab verildi və Tiflisdə Pərixanım Sofiyeva adına küçə var, xəritədə də qeyd olunub artıq”
Pəri Sofiyeva 1918-ci ildə Tiflis quberniyasının Qarayazı dairəsindən deputat seçilib.
Onun demokratik yolla seçilən ilk müsəlman qadın millət vəkili olduğu bildirilir.