9 aydır yoxa çıxan Rasimin yaxınları İmişlidə Qaragüvəndikli kəndinin yolunu bağlayaraq etiraz aksiyası keçirirlər.

Bu barədə sosial mediada məlumat yayılıb.

Rasimin atası Vasif Xankişiyev deyib ki, 9 aydır oğlunun itkin düşməsi ilə bağlı istintaqın gedişatında heç bir irəliləyiş yoxdur:

“İstintaqın hərəkətsizliyinə etiraz olaraq məcbur qalıb yolu bağlamaq qərarı verdik”.

                                             Foto: Hamam Times

Leave A Reply