Ermənistanı Ukraynanın aqibəti gözləyir?
Ermənistan Rusiyaya rəsmi müraciət ünvanlayaraq rus sərhədçilərinin Yerevan hava limanından çıxarılmasını istəyib.
“Biz düşünürük ki, buranı Ermənistanın sərhədçiləri qorumalıdır”-Armen Qriqoryan bildirib.
Buna cavab olaraq isə Mariya Zaxarova Ermənistanı hədələyib:
“İstəməzdik ki, Ukraynanın başına gələnlər Ermənistanın başına gəlsin. Ermənistan özünün ən çətin tarixi yolunu keçib. Bu xalq sülh içində yaşamağa layiqdir və vicdansız Qərb siyasətçilərinin əlində alver predmetinə çevrilməməlidir.”