Rəşad Sadıqov deyib ki, axirətdə hakimlərin sorğu-sualı ağır olacaq.
O, “Zirə” klubunun “0:1” hesabla uduzduğu oyundan sonra belə danışıb:
“Bu gün ən azı 7-8 xal fərqlə ikinci yerdə olmalı idik. Verilən, verilməyən penaltilər, ofsaydlar və s., bu tip epizodlar çox olub.
İnşallah, bəzi klubların hakimlərlə bağlantıları yaxın gələcəkdə aradan qalxacaq. Hakimlik yer üzərində ən məsuliyyətli işdir. Axirətdə onların sorğu-sualı ağır olacaq.”
Foto: Hamam Times