Türkiyənin ana müxalif partiyası CHP-nin sədri Özgür Özel İran və Fələstin məsələlərində Ərdoğan iqtidarını sərt tənqid edib.
CHP lideri İspaniya baş naziri Pedro Sançezin İran müharibəsində tutduğu mövqeni təqdir edərək deyib ki, bir Pedro Sançez ola bilmirik.
O, həmçinin Türkiyənin ABŞ prezidenti Donald Trampın yaratdığı “Sülh Şurası”na üzvlüyünü də tənqid edib.
Özel bu qurumu “Qəzzanın işğalı masası” adlandırıb.