Türkiyə ilə İspaniya arasında eşq yaşanır.
Buna səbəb İspaniyanın sosialist baş naziri Pedro Sançezin İran müharibəsi əleyhinə çıxışları olub.
Sançezin açıqlamaları Türkiyədə sosial mediada geniş rəğbət toplayıb.
Türklər ispanlara sevgi paylaşımları ünvanlamağa başlayıblar, ispanlar da bu paylaşımları qarşılıqsız qoymayıblar.
Bu cür sevgi nümayişi hətta İspaniya və Türkiyə mətbuatında da günün mövzularından birinə çevrilib.
Sosial media istifadəçiləri sevgi mesajlarının fonunda sözügedən zarafatlara Azərbaycanı da qoşublar.
İstifadəçilər Azərbaycanla yaxın olan Türkiyənin İspaniya ilə eşq yaşamasını məhəbbət üçbucağı kimi təsvir edərək, gülməli paylaşımlar etməyə başlayıblar.