Azərbaycanın 5 gəmisinə sanksiya

Avropa İttifaqı 23 aprel tarixli qərarı ilə “Rusiyaya məxsus neft daşıdıqları” iddiası ilə Azərbaycana aid 5 gəmiyə qoyulmuş sanksiyaları tam ləğv edib.

Sanksiya siyahısından çıxarılan gəmilər aşağıdakılardır:

  • “Zaqatala” – “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsusdur;
  • “Şuşa”, “Qarabağ”, “Xankəndi” və “Zəngəzur” – ASCO ilə SOCAR-ın birgə müəssisəsinə məxsusdur.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) məsələ ilə bağlı rəsmi açıqlama yayıb.

Qurum bildirib ki, gəmilər əvvəllər çarter müqavilələri çərçivəsində üçüncü tərəflərə uzunmüddətli icarəyə verilmişdi və onların istismarı beynəlxalq qaydalara, o cümlədən sanksiya rejimlərinə tam uyğun şəkildə həyata keçirilirdi.

Bildirilir ki, sanksiyaların ləğvi Azərbaycan Respublikası Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, ASCO və SOCAR-ın koordinasiyalı diplomatik və hüquqi fəaliyyəti nəticəsində mümkün olub.

Avropa İttifaqı 2025-ci ildə bu 5 gəmini Rusiya neftinin daşınmasında istifadə olunduğu iddiası ilə sanksiya siyahısına daxil etmişdi. İndi isə gəmilər Aİ-nin sanksiya siyahısından tam çıxarılıb.

Azərbaycanın 5 gəmisinə sanksiya

Leave A Reply