Rusiyanın Ukraynanın Xarkov şəhərinə endirdiyi hava zərbələri nəticəsində azərbaycanlı tələbə Fatimə Hüseynova həlak olub.
23 yaşlı Fatimə Hüseynova Xarkov Milli Tibb Universitetinin 6-cı kurs tələbəsi idi. Universitetin yaydığı məlumata görə, o, iyunun 30-na təyin edilmiş diplom təqdimetmə mərasimində iştirak etmək üçün Azərbaycandan Xarkova gedib.
Fatiməni tanıyan şəxslərin “KHARKIV Today” nəşrinə verdiyi məlumata əsasən, Fatimə Hüseynova hücum zamanı tələbə yoldaşı Ada ilə birlikdə məzuniyyət mantiyasında fotosessiyaya gedib. Məhz bu vaxt onlar hava zərbəsinə məruz qalıblar.
Hücumda daha 12 nəfər yaralanıb, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.