Beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi dəyərləndirilən Qəzza müharibəsi İsrail tarixinin ən bahalı müharibəsi olub.

İsrail Qəzzada davam edən müharibəyə təxminən 420 milyard şekel (240 milyard AZN) xərcləyib.

Bu barədə İsrailin “Haaretz” qəzetində dərc olunan hesabatda bildirilir.

Hesabata görə, 2023-cü il oktyabrın 7-dən başlayan müharibə İsrail tarixinin ən uzun və ən bahalı müharibəsinə çevrilib.

Müqayisə üçün qeyd edək ki, Azərbaycanın illik dövlət büdcəsi 40 milyard manata yaxındır. Başqa sözlərlə, İsrailin Qəzza müharibəsinə xərclədiyi vəsaitlə Azərbaycan dövlətinin 6 illik xərclərini qarşılamaq olardı.

Leave A Reply